17:19 - 16.06.2020
16 iyun, Fineko/abc.az. Gürcüstan koronavirus pandemiyasına görə 1 milyard 800 milyon laridən çox zərərlə üzləşib.
ABC.AZ Gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə komitə iclasında bildirib.
O deyib ki, ən böyük itki 1 milyard 545 milyon lariyə yaxın olmaqla vergi daxilolmaları ilə bağlıdır.
Nazir müavini pandemiya səbəbindən builki dövlət büdcəsinin 800 milyon lari azaldıldığını qeyd edib.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026