10:27 - 12.06.2020
12 iyun, Fineko/abc.az. Avropa Komissiyası yaxın günlərdə Avropa İttifaqının (Aİ) xarici sərhədlərini 1 iyul tarixindən açmağı tövsiyə edəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borell bildirib.
“Bu həftə Avropa Komissiyası öz dəyərləndirilməsini təsdiqləyib 1 iyul tarixindən etibarən xarici sərhədlərdəki məhdudiyyətləri tədricən ləğv etməyə dair mövqeyini açıqlayacaq” deyə o qeyd edib.
Qeyd edək ki, Aİ koronavirusun yayılmasının qarşısını almaq üçün həm xarici, həm də daxili sərhədləri bir müddətdir ki, bağlayıb.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026