15:39 - 31.05.2020
31 may, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri haqqında hesabatı açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin ailəsinin gəliri ötən il 1 milyon dolları ötüb.
Hesabatda Zelenskinin ailə üzvlərinin gəlirləri ilə yanaşı ödədikləri verginin həcmi də açıqlanıb. Belə ki, prezident ailəsi 1 ildə 133.8 min dollar vergi ödəyib.
Qeyd edək ki, Zelenski 2019-cu ilin mayından etibarən sahibkarlıq fəaliyyətini dayandırıb. Onun 2019-cu ilin may-dekabr ayında ümumilikdə 7.8 min dollar əmək haqqı aldığı məlum olub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026