10:14 - 31.05.2020
31 may, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp gələn ay keçirilməsi planlaşdırılmış G7 liderlərinn zirvə görüşünün Vaşinqtonda üz-üzə keçirilməsini istədiyini vurğulayıb.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp görüş haqda açıqlamalar verərək, onum təxirə salınmasının tərəfdarı olduğunu vurğulayıb: "Zirvəni, sentyabra qədər təxirə salıram. Qrupa, Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanın da əlavə olunmasını istəyirik. G7-nin, dünyada olanları düz bir şəkildə təmsil etdiyini hiss etmirəm".
Qeyd edək ki, "G-7"-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ daxildir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026