10:27 - 4.05.2020
4 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus əleyhinə vaksinin 2020-ci ilin sonunda istifadəyə veriləcəyini açıqlayıb.
ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu sözləri “Fox News” telekanalının efirində deyib. O qeyd edib ki, dərmanın istifadəyə verilməsinə razılıq üçün mümkün qədər tez olması üzərində işləyirlər.
Qeyd edək ki, ABŞ-ın yerli və federal orqanlarının statistikası əsasında hesblamalar aparan Cons Hopkins Universitetinin son məlumatına görə, ölkədə koronavirusa 1,15 milyondan çox yoluxma qeydə alınıb, 67,4 min insan ölüb.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026