14:16 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Gürcüstanda koronavirus (COVİD-19) pandemiyasının yaratdığı vəziyyətə görə, Marneulinin 51 kəndinə 3 ay içməli su pulsuz veriləcək.
ABC.AZ xarici mətbauata istinadən xəbər verir ki, adıçəkilən şəhərin 11 000-dən çox abunəçisi, mart, aprel, may aylarında içməli su ödənişindən azad ediləcəklər.
Bunu Marneuli meriyası açıqlayıb və bildirilib ki, həmçinin iqtisadi fəaliyyətlə məşğul olan insanlar bir müddət yerli məişət tullantıları vergisini ödəməkdən də azad ediliblər.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026