11:53 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 69 min 280 nəfərə çatıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, son məlumatlara görə, yoluxanlardan 133.362 nəfər ölüb, 508.828 nəfər sağalıb.
Ən çox yoluxma ABŞ-da qeydə alınıb - 637.196 nəfər. Daha sonra İspaniya (177.633), İtaliya (165.155), Fransa (147.863), Almaniya (133.456) və Böyük Britaniyadadır (98.476).
Son sutkada ən çox ölüm ABŞ (1.819) və Fransada (1.438) qeydə alınıb.
Ümumilikdə ABŞ-da 27.866, İtaliyada 21.645, İspaniyada 18.579, Fransada 17.167, Böyük Britaniyada 12.868 nəfər bu virusdan dünyasını dəyişib.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026