16:00 - 7.02.2019
7 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt elektrik qatarlarının sərnişinlərinə xəbərdarlıq edir.
ADY-in məlumatında deyilir ki, Güzdək-Baş Sumqayıt mənzilinin 5-ci post ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 10 fevral 2019-cu il tarixdə Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti dayandırılır.
Elektrik qatarları qeyd edilən istiqamətdə yalnız bir gün işləməyəcək.
15 İyul 2026
16 İyul 2026