Qazaxıstan Azərbaycana daha bir elektrovoz tədarük etdi

17:51 - 1.02.2019


1 fevral, Fineko/abc.az. Qazaxıstan  istehsalı olan növbəti elektrovoz “Sorokovaya” stansiyasından “Azərbaycan Dəmir Yolları” QSC üçün tədarük edildi.

“Qazaxıstan Dəmir Yolları - Yük daşımaları” ASC-nin məlumatına görə, elektrovoz Kurık-port stansiyasına qədər təxminən 2,5 min km uzunluğunda dəmir yolu boyunca gedib.

“Daha sonra Xəzər dənizindən Ələt limanına qədər “Merkuri” bərə gəmisi ilə göndərildi”, - deyə məlumatda deyilir.

AZ8A seriyalı yük lokomotivləri Azərbaycan dəmir yolları üçün uyğunlaşdırılmış Qazaxıstanın KZ8A elektrovozlarının  analoqudur. Lokomotivin yığılması Astanada “Электровоз құрастыру зауыты” xətlərində icra edilib.