300 min hektarda süni intellekt - Kənd təsərrüfatında böyük transformasiya

11:35 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da iqlim dəyişikliyi fonunda aqrar sektorun rəqəmsal və iqlimədavamlı transformasiyaya keçdiyini bəyan edib.

O əsas hədəfləri açıqlayıb. 2026–2030-cu illər Dövlət Proqramına əsasən, 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq edildiyi sahələr 130 min hektardan 300 min hektara çatdırılacaq.

Sektorda süni intellekt, dronlar, peyk və məsafədən zondlama texnologiyalarından istifadə genişləndirilir. İqlimə həssas bölgələrdə riskləri idarə etmək üçün 180-dən çox meteoroloji və iqlim stansiyasının quraşdırılması davam edir.

Nazir bildirib ki, bütün texnoloji yeniliklərin əsas qayəsi su ehtiyatlarından səmərəli istifadə etmək və fermerlərə sahədə praktiki fayda verməkdir.