"Volkswagen" müdafiə sənayesinə addım atır — Almaniyadakı zavod İsrail şirkətinə satılır

20:59 - 7.09.2026


7 Sentyabr, Fineko/abc.az. Avtomobil nəhəngi "Volkswagen" (VW) çətin yenidənqurma prosesi fonunda Almaniyanın Osnabrük şəhərindəki zavodunun hərbi təyinatlı istehsala keçirilməsi üçün ön razılaşma əldə edib.

Sazişə əsasən, nəqliyyat vasitələrinin yığılması 2027-ci ilin yayında başa çatdıqdan sonra müəssisə İsrailin "Aurelius Capital" fondu və Aşağı Saksoniya əyalət hökumətinə satılacaq. Bu keçid sayəsində zavodda çalışan 1 800 nəfərdən təxminən 1 400-nün iş yeri saxlanılacaq.

Müəssisədə ilk çətir layihə kimi İsrailin "Iron Dome", "David's Sling" və "Arrow" hava hücumundan müdafiə sistemlərinin istehsalçısı "Rafael Advanced Defense Systems" ilə əməkdaşlıq çərçivəsində Almaniya və Avropa üçün raket fırlatıcıları, daşıyıcı yük maşınları və generatorlar istehsal olunacaq.

Çin rəqabəti və zəif tələbat səbəbindən Almaniyada 4 zavodunu bağlamaq və ya profilini dəyişmək riski ilə üzləşən VW, atıl istehsal güclərini Avropada artan hərbi büdcələrə yönəltməyi planlaşdırır.