Zəngəzur dəhlizi açılır: Naxçıvanlı sahibkarlara yeni güzəştlər veriləcək

17:32 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Dövlət Proqramına edilən yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün geniş imkanlar yaranacaq.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, yerli sahibkarların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini azaltmaq üçün xüsusi logistik dəstək və güzəşt mexanizmləri tətbiq olunacaq.

Bu addım muxtar respublikada iqtisadi aktivliyi, məşğulluğu və ixrac potensialını artırmaqla Naxçıvanın inkişafında yeni bir mərhələ açacaq.