11:46 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. Niderlandın "ING Group" bankının analitiklərinin hesabatına əsasən, Azərbaycan qlobal enerji qiymətlərinin artması və regional valyuta riskləri fonunda MDB-4 (Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan) qrupunda ən dayanıqlı iqtisadi göstəricilər nümayiş etdirir.
Neft-qaz sektorundan daxilolmaların artması ölkənin fiskal və strateji ehtiyatlarını möhkəmləndirərək dövlət büdcəsinin və cari əməliyyatlar balansının profisitini saxlamasına, eləcə də manatın sabitliyini təmin etməyə imkan verir.
Qonşu ölkələrdə logistik məhdudiyyətlər və xarici təzyiqlər qalmaqda davam etsə də, Azərbaycanın möhkəm makroiqtisadi mövqeyi təcili pul-kredit sərtləşməsinə ehtiyacı azaldır. Analitiklər mülayim inflyasiya (4–6%) fonunda Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5% səviyyəsində sabit saxlayacağını gözləyirlər. © Report
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026