19:44 - 2.07.2026
2 iyul, Fineko/abc.az. Avropa Komissiyası Ermənistana 38 milyon avro həcmində maliyyə yardımı ayırmaq və Avropa bazarını Ermənistan məhsullarının 80%-i üçün açmaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 18 milyon avro ixracın dəstəklənməsinə, əlavə 20 milyon avro isə sərhəd bölgələrində yaşayan icmalara yönəldiləcək.
Fon der Lyayen həmçinin qeyd edib ki, Avropa Komissiyası “Rusiya tərəfindən iqtisadi təzyiqi” nəzərdən keçirir və Aİ-yə yaxınlaşma yolunu seçən tərəfdaşlara münasibətdə buna reaksiya verir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026