11:35 - 5.12.2018
5 dekabr, Fineko/abc.az. “Rusiyanın Möhtəşəm Adları” müsabiqəsinin nəticələrinə görə 47 hava limanından 42-nə yeni adlar verildi. Məsələnin açıq qaldığı hava limanları arasına Nijnevartovsk daxil olub.
Surqut hava limanına Sibirdə neft yataqlarını kəşf etmiş Fərman Salmanovun adı verildi.
Müsabiqənin final mərhələsində Aleksandr Filipenko və Ermak Timorfeyeviçi arxada qoyan geoloqa respondentlərin 58%-i səs verib. Yeni Urenqoyun hava darvazası da geoloq İvan Qubkinin adını daşıyacaq. Respondentlərin 46%-i ona səs verib.
Rusiya prezidenti Vladimir Putin Rusiya hava limanlarının adının dəyişdirilməsi haqqında fərman imzaladıqdan sonra, yeni ad, hava limanlarının artıq mövcud olan adına əlavə olunacaq.
Nijnevartovsk sakinlərinin əksəriyyəti Fərman Salmanovun adına səs verdilər, lakin onların payı Surqutdan daha aşağı idi - 45%. Ekspert heyətinin qərarına əsasən, bu adlar uğrunda yarışda uduzan üç şəhərdə final səsvermənin ikinci turu keçiriləcək. Qısa siyahılara, finalistlərin adlarından sonra Ümumrusiya ictimai rəyin öyrənilməsi mərkəzi (VSİOM) siyahısından bir ad əlavə ediləcək. Beləliklə, Nijnevartovsk sakinlərinə seçim təqdim olunacaq: Nikolay Arxangelski (hərbi pilot), Aleksandr Filipenko (dövlət xadimi) və ya Viktor Muravlenko (neftçi).
"Rusiyanın Möhtəşəm Adları" müsabiqəsi oktyabr ayında elan edilmişdir. Təşəbbüskar İctimai Palatadır.
15 İyul 2026
16 İyul 2026