10:51 - 18.06.2026
18 iyun, Fineko/abc.az. ABŞ və İran qarşıdurmanın dayandırılması və sülh dialoqunun başlanmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumu məsafədən imzalayıblar.
ABC.AZ xəbər verir ki, sənəd aşağıdakı ilkin razılaşmaları əhatə edir: İranın nüvə proqramının məhdudlaşdırılması, Hörmüz boğazının açılması və sanksiyaların mümkün yumşaldılması.
Şərtlərin icrası 60 gün ərzində müzakirə olunacaq. Memorandumun əldə olunması ilə bağlı xəbərlər bazar iştirakçılarının razılaşmaların praktiki icrasına tezliklə başlanacağına dair gözləntilərini gücləndirib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026