Tramp deyib ki, ABŞ “hər gecə” İrandan milyonlarla barel neft çıxarırdı

19:00 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Donald Tramp ABŞ-ın guya uzun müddət ərzində İrandan milyonlarla barrel neft “çıxardığını” və regionda gizli əməliyyatlar apardığını bildirib, lakin bununla bağlı heç bir detal və sübut təqdim etməyib.

ABC.AZ xəbər verir ki, o daha sonra açıqlamasını dəqiqləşdirərək söhbətin Hörmüz boğazı vasitəsilə tankerların müşayiət olunmasından getdiyini deyib, ABŞ-ın enerji qurumları isə neftin çıxarılması faktını təsdiqləməyib.

Bəyanatlar ABŞ–İran gərginliyinin artdığı və neft qiymətlərinin yüksəldiyi dövrə təsadüf edir, Hörmüz boğazındakı vəziyyət isə artıq qlobal neft təchizatının azalmasına səbəb olub.