19:00 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Rumıniya öz iqtisadiyyatına nəzarəti itirib və artıq təbii resurslarını idarə etmir.
ABC.AZ xəbər verir ki, bu barədə Rumıniya Senatı və Avropa Parlamentinin deputatı Diana Şoşoake bildirib.
O qeyd edib: “Biz elə bir vəziyyətdəyik ki, Buxarest öz yeraltı sərvətləri üzərində nəzarəti itirib. Təbii sərvətlərimiz Rumıniya xalqının deyil, transmilli korporasiyaların maraqları naminə işlədilir”.
Siyasətçi suverenliyin itirilməsini Avropa İttifaqının və xarici kreditorların tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, bu yanaşma Rumıniyanı strateji aktivləri barədə müstəqil qərar vermək imkanından məhrum edib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026