Qazaxıstan və Çin birgə taxıl ticarəti platforması yaradacaq

10:56 - 22.05.2026


22 may, Fineko/abc.az. Qazaxıstan və Çin taxıl ticarəti üçün birgə platforma yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjexanulı Çin Xalq Respublikasının Ərzaq və Strateji Ehtiyatlar üzrə Dövlət İdarəsinin (NAFRA) rəhbəri Lü Xuansin ilə görüş keçirib.

Görüş zamanı taxıl və yağlı bitkilərin tədarükü üzrə uzunmüddətli müqavilələrin bağlanması perspektivləri, logistika hablarının və “quru limanların” yaradılması, həmçinin kənd təsərrüfatı məhsullarının saxlanması və emalı texnologiyalarının mübadiləsi məsələlərinə xüsusi diqqət yetirilib.