Rusiya və Çin strateji tərəfdaşlığı gücləndirir: Si Cinpin çoxqütblü dünyada qarşılıqlı dayağın qorunmasına çağırıb

11:08 - 20.05.2026


20 may, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya-Çin danışıqlarının yekunlarına əsasən çoxqütblü dünyanın formalaşması və yeni tip beynəlxalq münasibətlərə dair Bəyannamə qəbul ediblər.

ABC.AZ xəbər verir ki, liderlər həmçinin hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi, eləcə də qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi barədə Birgə Bəyanat imzalayıblar. Uşakovun sözlərinə görə, bu sənəd Rusiya ilə Çin arasında çoxşaxəli ikitərəfli əlaqələrin inkişaf istiqamətlərini, beynəlxalq gündəliyin aktual məsələlərinə ümumi baxışı və qlobal məsələlərdə qarşılıqlı fəaliyyət formatlarını müəyyən edən geniş proqram xarakterli sənəddir.

Si Cinpin vurğulayıb ki, Rusiya və Çin bir-biri üçün strateji dayaq olaraq qalmalıdır.