11:51 - 26.11.2018
26 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın səfiri Şerzod Fayziyevlə görüşüb.
Görüş zamanı Şahin Mustafayev bildirib ki, bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı 3 dəfə artıb. Sənaye, kənd təsərrüfatı, turizm, ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycan qeyri-neft məhsullarının ixracının mümkünlüyü qeyd olunub.
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb”, - məlumatda belə deyilir.
Öz növbəsində Özbəkistanın səfiri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd edib, işgüzar görüşlərin, aparılan müzakirələrin,
15 İyul 2026
16 İyul 2026