17:56 - 15.05.2026
15 may, Fineko/abc.az. Rusiyada ərəb tərəfdaşlarının iştirakı ilə İslam bankının yaradılması imkanı nəzərdən keçirilir. Layihənin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır və artıq Mərkəzi Bankın dəstəyini alıb.
ABC.AZ xəbər verir ki, İslam bankçılığı faizdən imtina prinsipinə əsaslanır və bankla müştərinin mənfəət və riskləri bölüşdüyü tərəfdaşlıq modelinə söykənir. Kreditlər əvəzinə hissə-hissə ödəniş, lizinq və paylı maliyyələşmə kimi alətlərdən istifadə olunur.
Gözlənilir ki, yeni institut ölkədə tərəfdaşlıq maliyyəsinin inkişafına təkan verəcək və real iqtisadiyyatın dəstəklənməsinə yönələcək.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026