Hindistan və BƏƏ qlobal böhran fonunda enerji tərəfdaşlığını gücləndirdi

16:55 - 15.05.2026


15 may, Fineko/abc.az. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) maye neft qazının (LPG) tədarükü üzrə saziş, strateji neft ehtiyatları ilə bağlı memorandum, eləcə də müdafiə sahəsində əməkdaşlıq və Qucarat ştatında gəmi təmiri klasterinin yaradılması haqqında razılaşma imzalayıb.

ABC.AZ-ın məlumatına görə, sənədlər Hindistanın Baş naziri Narendra Modinin BƏƏ-yə səfəri çərçivəsində rəsmiləşdirilib və qlobal bazarlardakı qeyri-sabitlik və neft qiymətlərinin artması fonunda enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

Hindistan dünyanın ən böyük LPG idxalçılarından biri kimi Yaxın Şərqdəki gərginlik şəraitində enerji tədarükünün sabitliyini təmin etməyə çalışır.