Azərbaycan və Rusiya 2024-cü ilədək nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə yol xəritəsini müzakirə etdilər

10:37 - 26.11.2018


26 noyabr, Fineko/abc.az. Rusiya Nəqliyyat nazirinin müavini Sergey Aristov nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb.

Rusiya Federasiyasının Nəqliyyat Nazirliyindən verilən məlumata görə, tərəflər yol nəqliyyatı sahəsində əməkdaşlıq və yol xəritəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Yol xəritəsi 2024-cü ilədək Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə fəaliyyət planı çərçivəsində Rusiya Federasiyası ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı nəzərdə tutur.