17:38 - 23.11.2018
23 noyabr, Fineko/abc.az. Azərbaycan beynəlxalq daşımaların iştirakçıları üçün viza verilməsi prosedurlarını sadələşdirir.
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, vizalar beynəlxalq daşımaların iştirakçılarına nəzarət keçid məntəqələrində veriləcək.
“Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının iclasından sonra, dünən imzalanan beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında sazişin nəticəsi olaraq sərhəddə vizaların verilməsi mümkün olacaq”, - nazir belə deyib.
15 İyul 2026
16 İyul 2026