Türkiyə ilə Ermənistan arasında "buzlar əriyir" - Birbaşa ticarətə başlayırlar

12:03 - 13.05.2026


13 may, Fineko/abc.az. Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan addımlar nəticəsində birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 2026-cı il mayın 11-də tamamlanıb.

Eyni zamanda qeyd olunub ki, iki ölkə arasındakı sərhədin açılmasına yönəlik işlər hazırda davam etdirilir.