16:58 - 28.04.2026
28 aprel, Fineko/abc.az. Çin ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən məhdudiyyətlərə qarşı cavab tədbirləri hazırladığını bəyan edib ki, bu da sanksiya və tarif qarşıdurmasının yeni mərhələsinə səbəb ola bilər.
ABC.AZ xəbər verir ki, ABŞ-da ixrac nəzarətinin sərtləşdirilməsini və mikroçip istehsalı üçün avadanlıqların Çinə tədarükünün məhdudlaşdırılmasını nəzərdə tutan “MATCH Act” qanun layihəsi irəli sürülür. Paralel olaraq, Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketi çərçivəsində altı Çin şirkətini siyahıya daxil edib.
Pekin buna kəskin reaksiya verərək, öz şirkətlərinin maraqlarını qoruyacağını bildirib. Çin hakimiyyəti xəbərdarlıq edib ki, ABŞ-ın yeni məhdudiyyətləri yarımkeçirici sənayesində qlobal təchizat zəncirlərini poza bilər, Aİ-dən isə Çin şirkətlərinin sanksiya siyahısından çıxarılmasını tələb edib.
Vaşinqton və Brüsselin mövqelərini nəzərə alsaq, qarşıdurmanın daha da kəskinləşməsi demək olar ki, qaçılmaz görünür.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026