14:15 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Belarusun bu il ABŞ-a tədarük üçün sərbəst mineral gübrələri yoxdur, sanksiyalara baxmayaraq, bütün məhsullara artıq müqavilə bağlanıb və əvvəlcədən ödənilib.
ABC.AZ xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Yaxşı olardı ki, kalium gübrələrini sərbəst sata bilərdik. Amma bu il üçün bizim sərbəst kalium gübrələrimiz yoxdur, ümumiyyətlə sərbəst mineral gübrə yoxdur. Onların hamısına dair müqavilələr bağlanılıb və bəzi məhsullar üzrə əvvəlcədən ödəniş edilib. Buna görə də ABŞ-a tədarük etmək üçün hələ bu gübrələri tapmalıyıq”, – deyə o, bildirib.
Prezidentin sözlərinə görə, ABŞ anlamalıdır ki, tətbiq olunan sanksiyalar gözlənilən nəticəni verməyib və Belarus mövcud vəziyyətdən çıxış yolu tapıb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026