Bloomberg: Avropa Hörmüz boğazını ABŞ-sız açmaq istəyir

12:23 - 3.04.2026


3 aprel, Fineko/abc.az. ABŞ-ın 40-dan çox müttəfiqi Hörmüz boğazında gəmiçiliyin bərpası planını müzakirə etmək üçün virtual görüş keçirib. Bu çərçivədə problemin ABŞ iştirakı olmadan həlli ssenariləri də nəzərdən keçirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, görüş aprelin 2-də Böyük Britaniyanın təşəbbüsü ilə baş tutub.

Müzakirələrdə Avropa, Yaxın Şərq və Asiya ölkələri, həmçinin Avstraliya və Kanada iştirak edib. Bloomberg-in həmsöhbətlərinin sözlərinə görə, bəzi ölkələr Hörmüz boğazı ilə bağlı qərarın ABŞ və İran arasında mümkün atəşkəs danışıqlarında əksini tapmasını istəyir.

Bundan əlavə, Tehrana qarşı sanksiyalar da daxil olmaqla iqtisadi tədbirlər və münaqişənin həlli üçün BMT-nin diplomatik prosesə cəlb olunması variantları müzakirə edilib.