19:33 - 17.03.2026
17 mart, Fineko/abc.az. Kubada yaşayan Rusiya vətəndaşı adada genişmiqyaslı elektrik kəsintisinin baş verdiyini bildirib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, bütün adanı qaranlıq bürüyüb, içməli su ehtiyatları sürətlə tükənir, rabitə isə demək olar ki, yoxdur.
O qeyd edib ki, elektrik kəsintiləri artıq mütəmadi hal alıb, lakin hazırkı blekaut miqyasına görə əvvəlkiləri üstələyir. Stasionar və mobil telefonlar demək olar ki, işləmir, mövcud su ehtiyatları isə çox qənaətlə istifadə olunur.
Bundan əlavə, adanın bəzi bölgələrində bir həftədən çoxdur davam edən iğtişaşlar müşahidə olunur, o cümlədən Moron şəhərində Kommunist Partiyasının mərkəzi ofisinə hücum edilib. Daha əvvəl Kubada milli enerji sisteminin sıradan çıxması nəticəsində də tam blekaut yaşanmışdı.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026