İran və Rusiya “Şimal-Cənub” dəhlizi və “Buşer” AES layihələrini davam etdirəcək

15:54 - 17.03.2026


17 mart, Fineko/abc.az. Yaxın Şərqdəki münaqişə Rusiyanın və İranda “Şimal-Cənub” nəqliyyat dəhlizi və “Buşer” AES layihələrinə təsir edə bilər, lakin tərəflər işləri davam etdirməyə qətiyyətlidirlər.

ABC.AZ xəbər verir ki, bunu Rusiya Federasiyasında İranın səfiri Kazem Cəlali bildirib.

“Demək olmaz ki, müharibə bu layihələrə heç təsir etmir. Əlbəttə, işlərin icrasını bir qədər ləngidə bilər. Amma hər iki tərəf əvvəlcədən razılaşdırılanları davam etdirməyə qətiyyətlidir”, — deyə o bildirib.

"Elektrik stansiyalarının tikintisinə gəlincə, rusiyalı həmkarları hələ də obyektlərdədirlər və biz onların işinin davam etdiriləcəyinə ümid edirik. "Şimal-Cənub" dəhlizi ilə bağlı rusiyalı həmkarlarımız Rəşt-Astara dəmir yolunun bütün marşrutu üzrə layihə-tədqiqat işləri aparırlar. Ancaq, bu və ya digər işin gecikməsi gələcək haqqında düşünməyimizə mane ola bilməz. Biz iki dost ölkəyik, yaxşı və mehriban qonşularıq. Strateji münasibətlərimiz var və təbii ki, biz də eyni ruhda davam edəcəyik", — səfir əlavə edib.