17:29 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Norveç 2026-cı ildə Nansen proqramı çərçivəsində Ukraynaya 9 milyard dollar maliyyə dəstəyi verəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qar Styore Kiyevə səfərindən sonra bildirib.
Vəsait qazın alınmasına, enerji infrastrukturunun dəstəklənməsinə və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə yönəldiləcək. Həmçinin uzunmüddətli iqtisadi layihələrə investisiyalar və dövlət maliyyə alətləri vasitəsilə əməkdaşlıq da nəzərdə tutulur.
Norveç enerji təhlükəsizliyi və müdafiə sahələrinə xüsusi diqqət yetirərək Ukraynanın əsas donorlarından biri olaraq qalır.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026