12:25 - 26.02.2026
26 fevral, Fineko/abc.az. ABŞ Venesuelanın cənubunda faydalı qazıntı yataqlarının işlənməsi imkanlarını nəzərdən keçirir, lakin bu ərazilərin böyük hissəsi mütəşəkkil cinayətkar qrupların nəzarəti altındadır.
ABC.AZ xəbər verir ki, Bolivar və Amazonas ştatlarında cinayətkar strukturlar yalnız sənaye miqyasında resurs hasilatı ilə məşğul olmur, həm də hərbçilərlə əməkdaşlıq edərək yerli idarəetmə funksiyalarını yerinə yetirirlər. Amerika şirkətləri isə bu yataqlara çıxışın təmin edilməsi üçün ABŞ hakimiyyət orqanlarına müraciət edirlər.
Yerli qruplaşmalarla yanaşı, mədənlər üzərində nəzarəti Kolumbiyanın silahlı qruplaşmaları, o cümlədən FARC-ın keçmiş üzvləri də ələ keçirib. Xüsusi narahatlıq, Elektronika istehsalı üçün strateji xammal olan Kolumbiya sərhədindən qızıl və koltan qaçaqmalçılığıdır.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026