ABŞ İrana aid faydalı qazıntılara çıxışı müzakirə edə bilər

15:25 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Gələcəkdə İranla keçiriləcək danışıqlarda ABŞ İrana aid faydalı qazıntılara çıxış məsələsini müzakirə edə bilər.

ABC.AZ xəbər verir ki, məlumata görə, bu məsələ 2025-ci ildə Vaşinqton və Tehran arasında aparılan danışıqlarda da qaldırılıb. O zaman İran ABŞ-a nüvə proqramı üzrə razılaşmalara əlavə olaraq bir sıra resurslara (nadir torpaq metalları, neft və qaz) prioritet çıxış imkanı verə bilərdi. Gözlənilir ki, bu mövzu yenidən gündəmə gələcək.

İranın nüvə proqramı üzrə ABŞ və İran arasında yeni danışıqlar raundu fevralın 17-də Cenevrədə, Omanın vasitəçiliyi ilə keçiriləcək.