Qazaxıstan qalliumu— Yaponiya texnologiyaları üçün

15:11 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. Yaponiyanın Mitsubishi korporasiyası ilk dəfə olaraq nadir metal olan qalliumu Qazaxıstandan idxal etməyə başlayacaq.

ABC.AZ-in məlumatına görə, tədarüklər 2026-cı ildən etibarən başlanacaq və illik orta həcm 15 ton təşkil edəcək.

Bütün istehsal həcmi Qazaxıstanda həyata keçiriləcək və birbaşa Yaponiyaya göndəriləcək.

Müqavilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Tokioya rəsmi səfəri çərçivəsində imzalanıb və Çinin tətbiq etdiyi məhdudiyyətlər fonunda Yaponiyanın kritik əhəmiyyətli xammal tədarükünü şaxələndirmə strategiyasının bir hissəsidir.