İKZF-nin verdiyi kreditlər azalıb - Özəl xəbər

15:19 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. -(özəl xəbər)- İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) verdiyi kreditlər azalıb.

ABC.AZ-ın Fondun açıqladığı hesabat üzrə apardığı hesablamalara görə, ötən ilin 9 ayında (yanvar-sentyabr) agent bankları vasitəsilə verilən ipoteka kreditləri 365,6 milyon manat təşkil edib.

2025-ci ilin 9 ayında Fondun xətti ilə verilən ipoteka kreditləri isə 354,4 mln. manat məbləğində olub. Bu da ötən illə müqayisədə azalma deməkdir.

Fondun ötən ilin 9 ayında verdiyi güzəştli (preferensial) ipoteka kreditləri 66,5 mln. manat, orta ipoteka krediti məbləği təxminən 94 683 manat olub, kommersiya ipoteka kreditləri 3 017 ailəyə, sosial (güzəştli) kreditlər isə 844 ailəyə verilib.

Müəllif: Elmir Muradov