ABŞ Venesuelaya aid neft tankerini ələ keçirməyə çalışır

12:32 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. ABŞ Venesuela ilə əlaqəli olan üçüncü neft tankeri Bella 1-in ələ keçirilməsinə cəhd edir.

ABC.AZ Reuters agentliyinə istinadən xəbər verir ki, gəminin heyəti sahil mühafizəsi müfəttişlərinin göyərtəyə çıxmasına icazə verməyib.

Məcburi yoxlamanın dəniz təhlükəsizliyi qüvvələrinin iştirakı və hava dəstəyi, o cümlədən helikopter vasitəsilə həyata keçirilə biləcəyi istisna edilmir, lakin ABŞ-ın sonda bu cəhdlərdən imtina etməsi də mümkündür.

Agentliyin məlumatına görə, ABŞ hərbçiləri prezident Donald Tramp tərəfindən elan edilən Venesuela blokadası çərçivəsində ölkə sahilləri yaxınlığında ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmiş ən azı iki neft tankerinin ələ keçirilməsinə hazırlaşır.