Süni intellekt böyük şəhər səviyyəsində resurs istehlak edir

19:15 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Yeni tədqiqat göstərib ki, 2025-ci ildə süni intellekt Nyu-York qədər elektrik enerjisi istifadə edib və data mərkəzlərində serverlərin soyudulması üçün 760 milyard litrədək su sərf olunub.

ABC.AZ xəbər verir ki, süni intellektin enerji istehlakı adi məlumat mərkəzlərinin istehlakından 5 dəfə çox ola bilər, böyük İT-mərkəzlərin soyudulması isə gündə 3,5 milyon litrədək su tələb edir ki, bu da adi serverlərə nisbətən 10 dəfə çoxdur.

GPT kimi müasir modellər böyük hesablama gücü tələb edir: məlumat mərkəzləri gündə 80-100 MVt, ənənəvi serverlərdə isə 20-30 MVt istehlak edir. Yaxın 3-5 il ərzində İT sektorunda enerji istehlakının hər il 30-40% artacağı gözlənilir. Microsoft, Google və Amazon da daxil olmaqla iri şirkətlər enerji səmərəliliyi və Bərpa Olunan Enerji tədbirləri həyata keçirirlər.