16:32 - 10.12.2025
10 dekabr, Fineko/abc.az. Cakarta belə bir qərar verərsə, Rusiya İndoneziyanın nüvə enerjisinin inkişafında iştirak etməyə hazırdır.
ABC.AZ xəbər verir ki, bu barədə Prezident Vladimir Putin İndoneziya lideri Prabovo Subianto ilə görüşdə bildirib. O vurğulayıb ki, ölkələr artıq enerji sahəsində, o cümlədən atom enerjisi sahəsində yaxşı təmaslara malikdirlər və Moskva öz mütəxəssislərini təqdim etməyə hazırdır.
Putin həmçinin bildirib ki, o, Prabovo ilə Rusiya buğdasının tədarükünü müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, İndoneziya bazarına taxıl ixracı bir qədər azalıb və kənd təsərrüfatında geniş miqyaslı birgə layihələr nəzərə alınmaqla bu mövzu danışıqların bir hissəsi olacaq.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026