16:38 - 2.12.2025
2 dekabr, Fineko/abc.az. Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun buraxılış həcmi 50,000,000 (əlli milyon) manat dəyərində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Bu barədə ABC.AZ BFB-yə istinadla xəbər verir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:Emitent :Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu
İstiqrazın növü və forması:Faizli, ipoteka istiqrazları
Dövlət qeydiyyat nömrəsi – İSİN:AZ2103008689
İstiqrazın sayı: 50 000 (ədəd)
Nominal qiyməti:1,000.00 manat
Buraxılış həcmi: 50 000 000 manat
Hərrac qiyməti:1 000.00 manat
İllik gəlirlilik faizi:3.25%
Reallaşdırılmış həcmi:50 000 000 manat
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə):50 000 000 manat
İnvestor sayı:4
Sifarişlərin sayı:4
Ödəmə Periodu:180 gündən bir (6 aydan bir)
İstiqrazların tədavül müddəti:7200 gün
Anderrayter: “İnvest-Az İ.Ş.” QSC
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026