Bu ölkə iri miraslara 50 faizlik vergi məsələsini nəzərdən keçirir

16:14 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. Olduqca varlılar üçün sığınacaq kimi tanınan İsveçrə tezliklə yüksək miras vergisi dərəcələrinin tətbiqi məsələsini ümummilli referenduma çıxaracaq.

ABC.AZ xəbər verir ki, “Jeunesse Socialiste” Sosial Demokrat Partiyasının Gənclər bölməsindən olan bir qrup siyasi fəal, köklü dəyişikliklər üçün kampaniyaya start verərək, miras vergisi məsələsini ümummilli səsverməyə təqdim etməyə nail olublar.

Noyabrın 30-da isveçrəlilər 50 milyon İsveçrə frankından (50,57 milyon avro) çox miras və vəsiyyət sərəncamlarına 53,57% miras vergisi tətbiq edib etməyəcəyinə qərar verəcəklər.

Tamedia/20 Minuten sorğusuna əsasən, İsveçrədəki seçicilərin 75%-i (oktyabr ayında 67%) varlılar üçün vergi məsələsini rədd etmək niyyətindədir.