16:19 - 8.09.2025
8 sentyabr, Fineko/abc.az. Bu ilin ilk yarısında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 213,2 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə Naxçıvan büdcəsinin icrasına dair təhlilində qeyd olunub. Bildirilib ki, bu rəqəm təsdiqlənmiş proqnozdan 10,4 milyon manat və ya 4,6 % azdır.
Yerli gəlir mənbələri üzrə icra 128,2 milyon manat olub. Bu, proqnozu 27 milyon manat və ya 26,7 % üstələyib. Artım əsasən yol vergisi, ƏDV, aksiz vergiləri və fiziki şəxslərin gəlir vergisi hesabına təmin edilib.
Ümumilikdə büdcə gəlirlərinin 85 milyon manatı (39,9 %-i) dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşıb. Bu məbləğ əvvəlki illə müqayisədə daha az olub və Hesablama Palatasının rəyinə görə, muxtar respublikanın fiskal müstəqilliyinin güclənməsi baxımından müsbət tendensiya kimi qiymətləndirilir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026