15:44 - 3.02.2025
3 fevral, Fineko/abc.az. Deputat, Xalq artisti Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, sabah Polad Bülbüloğlunun 80 yaşı tamam olacaq.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026