11:47 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Azərbaycanda dronların texniki xidməti və təmiri üzrə texniklər hazırlanacaq.
ABC.AZ xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, “VI. “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə” hissə üzrə “030601 Uçan aparatların planer və sistemlərinin təmiri və istismarı” ixtisas qrupuna “Dronların texniki xidməti və təmiri üzrə texnik” ixtisası əlavə olunub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026