Prezident Kəlbəcərdə yaşayış kompleksinin təməlini qoyub və Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olub

12:25 - 2.09.2024


2 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

ABC.AZ xəbər verir ki, həmçinin, İlham Əliyev və Mehriban Əliyeva  Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.