Bakıda Babək prospektinin yenidən qurulması üçün 20 milyon manatdan çox məbləğ ayrılıb

09:51 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Babək prospektinin yenidən qurulması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 20,1 milyon manat ayrılır.

Yenidən qurulma işlərinə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində vəsaitlər ayrılacaq.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.