11:37 - 13.08.2018
13 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yol təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir.
AAYDA xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12 kilometrində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş sahənin təmiri aparılacaq.
“Eyni zamanda, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160-cı kilometrliyində nişanlama xətlərinin çəkilməsi işləri aparılacaq. Bu sahədə aparılan işlər də həmçinin axşam saatlarına qədər tamamlanacaq”, - məlumatda belə deyilir.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026