10:30 - 13.08.2018
13 avqust, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC gediş üçün nağdsız ödəniş üsuluna keçir.
ADY-in məlumatında deyilir ki, sərnişinlərə göstərilən xidmətin yüksəldilməsi məqsədi ilə avqustun 13-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcəkdir.
“Gediş haqqı sərnişinin keçəcəyi məsafəyə uyğun olaraq kartdan hesablanacaq. Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar”, - məlumatda belə deyilir.
Həmçinin məlumatda qeyd edilir ki, elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş biletini əldə etməlidirlər.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026