15:19 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında fasiləsiz hərəkətin təmin edilməsi üçün tədbirlər görməyə davam edir.
BNA-nın məlumatında deyilənə görə, işlər Sabunçu-Zabrat yolunda aparılır.
“Vətəndaş müraciətləri əsasında yol boyu svetoforların vaxt planlarında dəyişiklik edilib. Belə ki, yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı svetoforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməkdir”, - deyə məlumatda qeyd edilir.
Məlumatda bildirilir ki, agentlik həmçinin hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə kompleks təhlillər aparır.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026