11:17 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranda səfərdədir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə əsasən, nazir, Tehran şəhərində keçirilən 24-cü ELECOMP sərgisində iştirak edib.
“Sərgidə iştirakı çərçivəsində nazir İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb. İranın yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə Ramin Quluzadə beynəlxalq daşımalarda sərhəddə problemlərin aradan qaldırılması, həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması məsələləri müzakirə edib”, - N. Allahyarova belə deyib.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026